Azərbaycanın iribuynuzlu heyvan idxalı 43% artaraq 19,3 milyon dollara çatıb

16:56 - 27.08.2026


27 avqust, Fineko/abc.az. Bu ilin birinci yarısında Azərbaycan xaricdən 19,3 milyon ABŞ dolları dəyərində 4 min 567 ədəd iribuynuzlu ev heyvanı (düyə, inək və s.) idxal edib.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 43%, kəmiyyət baxımından isə 44% çoxdur.

Hesabat dövründə ölkələr üzrə idxal göstəriciləri:

  • Almaniya: $5,4 mln (39 dəfə artım) — 1 171 ədəd (+29 dəfə);

  • Estoniya: $3,1 mln (-11%) — 693 ədəd (-16%);

  • Danimarka: $2,8 mln (+23%) — 730 ədəd (+27%);

  • Slovakiya: $2,7 mln — 689 ədəd (ötən il tədarük olunmayıb);

  • Avstriya: $2,4 mln (3 dəfə artım) — 523 ədəd (+2,7 dəfə).

Xatırladaq ki, 2025-ci ildə Azərbaycana idxal edilmiş ümumilikdə 8 min 983 ədəd mal-qaranın 40%-i Uruqvayın, 20,5%-i isə Çexiyanın payına düşmüşdü.