15:08 - 27.08.2026
27 avqust, Fineko/abc.az. Bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək UEFA Konfrans Liqasının pley-off oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, xüsusi avtobus zonası azarkeşlərin maneəsiz hərəkəti üçün ayrılıb. Bu səbəbdən müntəzəm və M5, M6 nömrəli ekspres marşrutların dayanacaq yeri müvəqqəti olaraq "Gənclik Mall"un qarşısına keçirilib.
31 Avqust 2026
31 Avqust 2026
30 Avqust 2026
31 Avqust 2026