Dövlət qurumlarına məxsus 16 nəqliyyat vasitəsi satışa çıxarılacaq

14:02 - 31.08.2026


31 avqust, Fineko/abc.az. Oktyabrın 13-də dövlət qurumlarına məxsus 16 nəqliyyat vasitəsi hərraca çıxarılacaq.

ABC.AZ xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 13 oktyabr 2026-cı il tarixində, saat 10:00-da dövlət müəssisə və təşkilatlarının balansında olan nəqliyyat vasitələrinin satışı üzrə növbəti hərrac keçiriləcək.

Hərraca ümumilikdə 16 avtomobil və xüsusi texnika çıxarılır. Nəqliyyat vasitələrinin start qiymətləri 500 manatla 20 000 manat arasında dəyişir. Satışa çıxarılan ən baha nəqliyyat vasitəsi Şuşa Rayon İcra Hakimiyyətinə məxsus 2008-ci il buraxılışlı “Mercedes Benz Sprinter 315C” avtobusudur (start qiyməti 20 000 manat). Ən aşağı start qiyməti olan nəqliyyat vasitəsi isə Ədliyyə Nazirliyinin balansındakı 2004-cü il istehsalı olan “URAL IMZ-8.4013” yük motosikletidir (start qiyməti 500 manat).