16:23 - 31.08.2026
31 avqust, Fineko/abc.az. ABŞ Prezidenti Donald Trampın Kanada avtomobillərinin idxalına 50%-lik rüsum tətbiq etmək planı ölkədə avtomobil istehsalının 75%-dən çoxunu təmin edən Yaponiyanın "Toyota" və "Honda" konsernlərinə ağır maliyyə zərbəsi vura bilər.
Təhlilçilərin qiymətləndirmələrinə görə, gələn il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan bu qərar şirkətləri Kanadadakı bəzi yığım xətlərini bağlamağa məcbur edə bilər. Keçən il "Honda"nın ABŞ-dakı satışlarının təxminən dörddə biri, "Toyota"nın isə 17%-i Kanadada istehsal olunan avtomobillərin payına düşüb.
"Pelham Smithers Associates" analitiki Culi But qeyd edib ki, mövcud 25%-lik rüsumun ikiqat artırılması Kanadanın avtomobil sənayesini tamamilə sıradan çıxarmaq təhlükəsi yaradır.
7 Sentyabr 2026
7 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026