12:11 - 18.12.2018
18 dekabr, Fineko/abc.az. İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 69 645 nəfər artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin 1 noyabr tarixi vəziyyətinə görə, Azərbaycanın əhalisi 9 967 730 nəfər təşkil edib.
“Kvadrat kilometr başına əhali sıxlığı 115 nəfərdir. Ölkə əhalisinin 49,9%-i kişilər, 50,1%-i qadınlardır. Əhalinin 52,9%-i şəhərlərdə, 47,1%-i isə kəndlərdə yaşayır”, - Dövlət Statistika Komitəsindən bu məlumat verilib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026