17:02 - 10.08.2026
10 avqust, Fineko/abc.az. "İpək Yolu Sığorta" ASC bu ilin I yarısını 750 min manat xalis mənfəətlə başa vurub. Şirkətin maliyyə hesabatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% azdır.
Əsas maliyyə göstəriciləri:
Gəlirlər: 7,823 milyon manat (illik 6,5% artım)
Xərclər: 6,886 milyon manat (10,2% artım)
Mənfəət vergisi ödənişləri: 187 min manat (14,6% azalma)
Bu il iyulun 1-nə sığorta şirkətinin aktivləri illik müqayisədə 5% artaraq 20,218 milyon manata, öhdəlikləri isə 27,3% artımla 5,048 milyon manata çatıb. Şirkətin balans kapitalı isə 0,8% azalaraq 15,17 milyon manat təşkil edib.
Xatırladaq ki, "İpək Yolu Sığorta" ASC-nin nizamnamə kapitalı 14,77 milyon manatdır. Səhmlərin 96,5%-i "ASG Business Aviation" MMC-yə, 3,5%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsusdur.
© Report
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026