İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti 16%-dən çox artıb — Hesabat

17:37 - 6.08.2026


6 avqust, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2026-cı ilin I yarısını 14,724 milyon manat xalis mənfəətlə başa vurub.

Fondun maliyyə hesabatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16,2% çoxdur.

Hesabat dövründə İKZF-nin faiz gəlirləri 15,9% artaraq 63,059 milyon manat, faiz xərcləri 18,1% artaraq 40,83 milyon manat təşkil edib. Fondun aktivləri illik müqayisədə 13% böyüyərək 4 milyard 149,958 milyon manata çatıb ki, bunun da 2 milyard 615,661 milyon manatını müştərilərə verilmiş ipoteka kreditləri (+8,4%) təşkil edib.

Fondun öhdəlikləri 15,1% artaraq 2 milyard 753,095 milyon manata yüksəlib; buraxılmış borc qiymətli kağızlarının həcmi 2 milyard 675,101 milyon manat olub. İKZF-nin balans kapitalı 8,9% artaraq 1 milyard 396,863 milyon manata, nizamnamə kapitalı isə 8% artaraq 1 milyard 153,4 milyon manata çatıb. Xatırladaq ki, İKZF ölkə prezidentinin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşməsi yolu ilə yaradılıb.

 © Report.az