ABŞ Çin mənşəli məlumat mərkəzi komponentlərinə qadağa qoymağa hazırlaşır

16:32 - 4.08.2026


4 avqust, Fineko/abc.az. Reuters agentliyinin məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, Tramp administrasiyası Çin mənşəli yeni məlumat mərkəzi (data center) komponentlərinin ABŞ-yə idxalını qadağan edəcək yeni tənzimləmə hazırlayır.

ABŞ Federal Rabitə Komissiyası (FCC) məlumat mərkəzlərində məlumatların fiber-optik kabellər vasitəsilə işıq sürəti ilə ötürülməsini təmin edən yeni Çin istehsalı optik qəbuledici-ötürücülərin (transceiver) ölkəyə gətirilməsinə qadağa qoyulması planları üzərində işləyir.

ABŞ rəsmiləri sözügedən məhdudlaşdırıcı qərarın bu il ərzində dərc olunaraq qüvvəyə minməsini hədəfləyirlər.