16:44 - 30.07.2026
30 iyul, Fineko/abc.az. Avro zonası iqtisadiyyatı İran müharibəsi və geosiyasi gərginliklərin yaratdığı təzyiqlərə baxmayaraq, 2026-cı ilin ikinci rübündə gözləntiləri üstələyərək 0,4% böyüyüb.
Bu, son bir ildən çox müddətdə qeydə alınan en yüksək artım göstəricisidir (Bloomberg analitiklərinin proqnozu 0,2% idi).
Aparıcı ölkələr üzrə dinamika:
• Almaniya: Müdafiə və infrastruktur xərclərinin dəstəyi ilə 0,2% böyüyüb.
• Fransa: Birinci rübdəki 0,1%-lik tənəzzüldən sonra istehlak xərclərinin artması hesabına 0,2% artım nümayiş etdirib.
• İspaniya və Portuqaliya: Regionda en yüksək artım tempinə malik ölkələrdən olublar — müvafiq olaraq 0,7% və 0,8%.
• İrlandiya: İlin əvvəlindəki geriləmədən sonra 3,9% kəskin sıçrayış edib.
• İtaliya və Niderland: İqtisadiyyat müvafiq olaraq 0,2% və 0,4% genişlənib.
Yaxın Şərqdəki münaqişələrin neft qiymətlərini qaldırmasına və inflyasiya təzyiqi yaratmasına baxmayaraq, Avro zonası gözləniləndən daha böyük davamlılıq nümayiş etdirir.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026