21:57 - 24.07.2026
24 iyul, Fineko/abc.az. Almaniya kantsleri Fridrix Merts "ZDF" telekanalına müsahibəsində ölkədə yaşanan enerji böhranının Rusiya qazından imtina edilməsi ilə doğrudan əlaqəli olduğunu bəyan edib.
F.Merts qeyd edib ki, Almaniya siyasi məqsədlər naminə Rusiyadan qaz tədarükünü dayandırdığı üçün ciddi iqtisadi və energetik problemlərlə üz-üzə qalıb. Kantslerin sözlərinə görə, bu qərar ölkə sənayesi və istehlakçılar üçün enerji xərclərinin kəskin artmasına gətirib çıxarıb.