«Level Leasing» hesabat açıqladı - Gəlirləri 228 min manat azalıb

16:38 - 24.07.2026


24 iyul, Fineko/abc.az. «Level Leasing» ASC-nin 2025-ci il üzrə maliyyə vəziyyəti məlum olub.

ABC.AZ xəbər verir ki, ötən il şirkətin icarədə olan xalis investisiyalar üzrə faiz gəlirləri 2 milyon 462 min manat olub. Bu gəlirlər 2024-cü illə müqayisədə 228 min manat və ya 8,5% azalıb.

Xatırladaq ki, 2024-cü ildə şirkətin bu gəlirləri 2 milyon 690 min manat olmuşdu.

Ötən il şirkətin faiz xərcləri də 66 min manat (5,9%) artaraq 1 milyon 190 min manata yüksəlib.

Şirkət icarədə olan xalis investisiyalar üzrə ehtimal olunan kredit zərərinə 89 min manat ayırıb. Bu, 2024-cü ildəki 500 min manatdan 411 min manat (5,6 dəfə) daha azdır.

2025-ci ildə ASC-nin xalis faiz gəlirləri 1 milyon 182 manat olmaqla illik müqayisədə 117 min manat (10,1%) artıb. Xalis faiz gəlirlərinin artması də olan xalis investisiyalar üzrə ehtimal olunan kredit zərərinin 5,6 dəfə azalması hesabına baş verib.