10:04 - 23.07.2026
23 iyul, Fineko/abc.az. "Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası" ASC 2025-ci ili 2,114 milyon manat zərərlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti 2024-cü ildən 874 min manat xalis zərərlə çıxmışdı.
ABC.AZ xəbər verir ki, bu il yanvarın 1-nə "Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası"nın aktivləri 474,494 milyon manat olub ki, bu da, illik müqayisədə 2,65 % azdır.
Hesabat dövründə şirkətin öhdəlikləri 1,58 % azalaraq 297,005 milyon manata, balans kapitalı isə 0,4 % azalaraq 177,489 milyon manata düşüb.
Xatırladaq ki, "Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 90,331 milyon manatdır.