12:29 - 20.07.2026
20 iyul, Fineko/abc.az. “Netflix” şirkəti "InterPositive" startapını 587 milyon dollara satın alıb və bu barədə məlumatı yeni hesabatında açıqlayıb. Şirkət alış haqqında hələ mart ayında elan etsə də, sövdələşmənin detalları ictimaiyyətə açıqlanmamışdı.
Layihənin həmtəsisçisi Ben Afflek bildirib ki, məqsəd yaradıcı prosesə dəstək olmaqdır: süni intellekt alətləri post-prodakşn prosesində, o cümlədən səhnələrin təkmilləşdirilməsi, fonun və işıqlandırmanın dəyişdirilməsi kimi işlərdə kömək edir.
"InterPositive"in bütün komandası “Netflix”ə keçib, Afflek isə şirkətdə baş məsləhətçi vəzifəsini icra edəcək. Şirkətin məlumatına görə, hazırda onun təxminən 300 layihəsində artıq generativ süni intellektdən istifadə olunur.