Aİ-də Rusiyaya qarşı 21-ci sanksiya paketi üçün yeni ideyalar tükənib

21:45 - 22.07.2026


22 iyul, Fineko/abc.az. Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiya paketinə daxil edilə biləcək yeni tədbirlərin müəyyənləşdirilməsində çətinliklərlə üzləşib.

"Politico" nəşrinin avropalı diplomatlara istinadən verdiyi məlumata görə, 20 paketdən sonra asan hədəflər qalmayıb və irəli sürülən hər bir yeni məhdudiyyət üzv ölkələrin milli maraqlarına toxunur.

Avropa diplomatiyasındakı mənbələr bildirir ki, yeni məhdudiyyətlərin hazırlanması zamanı ittifaq daxilində kompromis və balans tapmaq getdikcə mürəkkəbləşir.