20:41 - 22.07.2026
22 iyul, Fineko/abc.az. Rusiya prezidenti Vladimir Putin bildirib ki, yanacaq bazarındakı problemlər müvəqqəti xarakter daşıyır və ölkə iqtisadiyyatının inkişafına təhlükə yaratmır. Xarici təzyiqlərə baxmayaraq, əsas sahələr sabitliyini qoruyur.
Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, may ayında ÜDM 0,3%, ilin ilk beş ayında isə 0,2% artıb. İqtisadiyyatı dövlət, biznes və əhalinin xərclərini əhatə edən daxili tələbat dəstəkləyir. İyun ayında büdcə 196 mlrd rubl artıqlıqla icra olunub, II rübdə qeyri-neft-qaz gəlirləri isə 25% artıb.
Yanacaq qiymətlərinin artımı neft emalı zavodlarında planlaşdırılmamış təmir işləri ilə bağlıdır. Hakimiyyət artıq tədbirlər görüb: daxili bazara tədarük artırılıb, idxalçılara dempfer ödənişləri almağa icazə verilib və benzin, dizel və kerosinin ixracına müvəqqəti qadağa tətbiq edilib.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026