14:17 - 10.07.2026
10 iyul, Fineko/abc.az. JPMorgan analitiklərinin fikrincə, bitkoin üçün əsas risk şirkət satışları deyil, banklar və investisiya fondlarının qapalı blokçeyn platformalarına keçididir.
Onların qənaətinə görə, bu cür sistemlər tənzimləmə və məxfilik tələblərinə daha yaxşı cavab verir ki, bu da ictimai şəbəkələrə və onlarla bağlı kriptovalyutalara, o cümlədən bitkoin və efirə kapital axınını azalda bilər. Nəticədə likvidliyin və istifadəçi aktivliyinin bir hissəsi bankların daxili infrastrukturuna yönələ bilər.
Eyni zamanda alternativ ssenariyə görə, əgər bitkoin inflyasiyadan qoruyan aktiv kimi möhkəmlənərsə, onun qiyməti blokçeyn infrastrukturunun inkişafından daha az asılı olacaq və investor dəstəyini qoruyacaq.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026