12:18 - 10.07.2026
10 iyul, Fineko/abc.az. Yanvar-iyun aylarında ölkədə 65 milyard 207,0 milyon manat həcmində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Bunun 19 milyard 610,5 milyon manatı neft-qaz sektorunun, 45 milyard 596,5 milyon manatı isə qeyri-neft-qaz sektorunun payına düşüb.
Bununla yanaşı, 2026-cı ilin yanvar-iyun aylarında ölkədə 33 milyard 71 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib ki, bu da illik müqayisədə 0,1% artım deməkdir.
Qeyri-neft-qaz sənayesində istehsal 4,1%, kənd təsərrüfatında 2,2%, nəqliyyat və anbar təsərrüfatı xidmətlərində 8,0%, informasiya və rabitə xidmətlərində 7,5%, pərakəndə ticarət dövriyyəsində isə 3,7% artım qeydə alınıb.
Hesabat dövründə əsas kapitala 9 milyard 295,2 milyon manat investisiya yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% çoxdur.
Qeyri-neft-qaz sektoruna yatırılan investisiyalar isə 6 milyard 131,6 milyon manat təşkil edib və illik müqayisədə 5,5% artıb.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026