Azərbaycan Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulan altıncı ölkə olub

12:28 - 2.07.2026


2 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Asiya ilə əməkdaşlıq üçün yeni imkanlar açıb.

Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci İllik Toplantısı çərçivəsində keçirilən biznes forumda deyib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə çox yüksək səviyyədə dostluq və qardaşlıq münasibətlərinə malikdir:

"Bu istiqamət həm enerji təhlükəsizliyi, həm də nəqliyyat-kommunikasiya bağlantıları baxımından son dərəcə vacibdir. Orta Dəhlizi də həmin ölkələr olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycanın Mərkəzi Asiya ilə dövlətləri ilə unikal münasibətləri var. Azərbaycan rəsmi olaraq Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulan altıncı ölkə olub. Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyanın bir hissəsi olmasa da, həmin platformada digər ölkələrlə eyni səviyyədə təmsil olunur. Bundan başqa, son bir neçə ildə Qırğızıstan, Qazaxıstan və Özbəkistanla birgə investisiya fondları yaratmışıq. Həmin fondlara yüz milyonlarla ABŞ dolları vəsait yatırılıb".

© Report