17:27 - 30.06.2026
30 iyun, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanda satılmış 86 147 turizm zərfinin 67 301-i və yaxud 78,1 %-i Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərləri üçün rəsmiləşdirilib.
ABC.AZ rəsmi statiskaya istinadən xəbər verir ki, hesabat dövründə ölkədaxili səyahətlər üçün Azərbaycan vətəndaşlarına 8 483 turizm zərfi satılıb. Bu göstərici ümumi satışların 9,8 %-ni təşkil edib.
Bununla yanaşı, Azərbaycanda səyahət etmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 10 363 turizm zərfi satılıb ki, bu da ümumi satışların 12 %-i deməkdir.
Beləliklə, ötən il satılan hər 10 turizm paketindən təxminən 8-i xarici ölkələrə səfərlər üçün, cəmi 1-i isə ölkədaxili səyahətlər üçün alınıb.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026