08:00 - 26.06.2026
26 iyun, Fineko/abc.az. Beynəlxalq Valyuta Fondunun (IMF) rəsmi nümayəndəsi Culi Kozak keçirdiyi brifinqdə qlobal iqtisadiyyatın cari vəziyyətinə dair mühüm bəyanatlar verib.
ABC.AZ xəbər verir ki, IMF rəsmisi Yaxın Şərqdə hərbi əməliyyatların dayanması, ABŞ və İran arasında əldə olunmuş razılaşma və Hörmüz boğazının yenidən naviqasiyaya açılması sayəsində qlobal əmtəə qiymətlərində geriləmə müşahidə olunduğunu bildirib. Lakin o, tədarük zəncirlərinin tam bərpası və loqistikanın son istehlakçıya çatmasının vaxt tələb edəcəyini vurğulayıb.
Hesabatın əsas tezisləri:
Enerji resursları və xammal: Neft qiymətləri müharibə dövründəki tarixi zirvələrdən düşsə də, hələ də münaqişədən əvvəlki səviyyədən 10% yuxarıdır. Təyyarə yanacağı, təbii qaz, baza metalları və gübrə (karbamid) qiymətlərində də ucuzlaşma gedir.
ABŞ iqtisadiyyatı: ABŞ-ın birinci rübdəki ÜDM artımı proqnozları üstələyərək 2,1% təşkil edib. IMF, ABŞ Federal Ehtiyat Sisteminin (Fed) yeni rəhbəri Kevin Uorşun rəhbərliyi ilə faiz dərəcəsini sabit saxlamaq qərarını tam dəstəkləyir. İnflyasiyanın 2%-lik hədəfə yalnız 2027-ci ilin sonunda enəcəyi gözlənilir.
Veneseulaya dəstək: Ölkədə baş vermiş iki güclü zəlzələdən sonra IMF bərpa prosesinə və iqtisadi fəsadların aradan qaldırılmasına dəstək məqsədilə Veneseula rəhbərliyi ilə sıx təmasdadır.
Qeyd edək ki, qlobal iqtisadi mənzərəyə dair daha geniş yenilənmiş hesabat iyulun 8-də "World Economic Outlook" (WEO) çərçivəsində dərc olunacaq.
24 İyun 2026
25 İyun 2026