08:32 - 25.06.2026
25 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 24-də ölkənin aparıcı prosessinq mərkəzi olan “Azərikard” MMC-yə üzv olan bir sıra kommersiya banklarının müştəri hesablarında qeydə alınmış vəsaitlərin təkrar silinməsi halları ilə bağlı rəsmi açıqlama yayıb.
ABC.AZ xəbər verir ki, baş vermiş insident hər-hansı xarici kibermüdaxilə, sistem xətası və ya dələduzluq (fişinq) halları ilə bağlı olmayıb, banklararası hesablaşma fayllarının emalı zamanı meydana gələn sırf daxili texniki səbəblərdən qaynaqlanıb.
Baş bank bəyan edib ki, aidiyyəti üzrə aparılan operativ tədbirlər nəticəsində texniki nasazlıq artıq tamamilə aradan qaldırılıb və təkrarlanan əməliyyatlar ləğv edilərək müştərilərin vəsaitləri öz kart hesablarına geri qaytarılıb.
25 İyun 2026
24 İyun 2026