17:22 - 24.06.2026
24 iyun, Fineko/abc.az. Azərbaycanda əhalinin böyük hissəsi və bəzi müəssisələr sığortanı riskin ötürülməsi aləti kimi deyil, tənzimləyici tələb kimi qəbul edirlər.
ABC.AZ xəbər verir ki, bunu "AzRe Təkrarsığorta" ASC-nin İdarə Heyətinin sədri Vüsal Abbasov Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, buna görə də sığorta savadlılığının və maarifləndirmənin artırılması sığorta bazarı, tənzimləyici qurum və sığorta bazarının inkişafında iştirak edən bütün tərəflər qarşısında bir nömrəli problemdir:
"İkinci problem, məncə, diversifikasiya ilə bağlıdır. Bəli, bazar böyüyür. Düşünürəm ki, iki il əvvəl 1 milyard manatı keçdik, indi isə 1,5 milyard manat səviyyəsindəyik, ümid edirik ki, 2 milyard manata çatacağıq. Lakin portfelin strukturuna baxanda müəyyən məhsullara asılılıq görünür. Həyat və yığım sığortası, icbari nəqliyyat sığortası və tibbi sığorta bazarda üstünlük təşkil edən üç ən böyük biznes xəttidir. Bir, iki və ya üç konkret məhsul üzərində rəqabət olduqda, artan rəqabət səbəbindən mənfəət marjası daralır. Biz xidmətlərimizi daha diversifikasiya olunmuş biznes xətlərinə genişləndirməliyik".
25 İyun 2026
24 İyun 2026