Azərbaycanda təbii fəlakətlərə dair risk istifadəyə veriləcək

11:56 - 24.06.2026


24 iyun, Fineko/abc.az. Azərbaycanda ilk dəfə olaraq təbii fəlakətlərə dair risk modeli hazırlanıb və yaxın müddətdə istifadəyə veriləcək.

ABC.AZ xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) İcraçı direktorunun müavini Seymur Mirzəyev XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, hazırda üzərində işlənən bir neçə əlavə layihə də var:

"Buna misal olaraq "Open Insure Data", "Insure Bus Gateway" kimi layihələri göstərmək olar. Bu layihələr daha çox məlumat əsaslı qərarların qəbuluna və sığorta şirkətlərinin əməliyyatlarının optimallaşdırılmasına xidmət edir".

Müəllif: Elmir Muradov