14:06 - 23.06.2026
23 iyun, Fineko/abc.az. 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan ilkin formalı polietilen ixracı əhəmiyyətli dərəcədə artıb.
ABC.AZ xəbər verir ki, hesabat dövründə ölkədən 40.59 min ton polietilen ixrac olunub və bunun dəyəri 42.53 mln. dollar təşkil edib. Ötən ilin eyni dövründə isə ixrac 24.79 min ton, dəyəri isə 29.87 mln. dollar olmuşdu.
Beləliklə, polietilen ixracının həcmi illik müqayisədə 63.7%, ixrac gəlirləri isə 42.4% artıb.
Hesablamalara əsasən, 2026-cı ilin ilk 4 ayında ixrac olunan polietilenin orta qiyməti hər ton üçün 1 047 dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 1 205 dollar olub. Nəticədə orta ixrac qiyməti illik müqayisədə 13.1% azalıb.
Cari ilin ilk 4 ayında Azərbaycanın ən böyük polietilen bazarı Rusiya olub. Bu ölkəyə 24.40 min ton məhsul ixrac edilib ki, bu da ümumi ixracın təxminən 60%-nə bərabərdir. Türkiyəyə 8.91 min ton, Ukraynaya 4.58 min ton, Qazaxıstana 1.56 min ton məhsul göndərilib.