15:41 - 3.12.2018
3 dekabr, Fineko/abc.az. 2018-ci ildə “Azərkosmos” ASC-nin gəlirlərinin 88%-i xidmətlərin ixracı nəticəsində formalaşıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatına görə, ilin əvvəlindən “Azərkosmos” dünyanın 23 ölkəsinə 22,4 milyon dollarlıq peyk xidmətləri (peyk telekommunikasiya və optik peyk xidmətləri) ixrac edib.
“Təkcə noyabr ayında dünyanın 17 ölkəsinə 5,7 milyon dollarlıq xidmətlər ixrac edilib. Xidmətlər əsasən Fransa, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Gürcüstan və digər ölkələrə ixrac edilib”, - icmalda belə deyilir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026