Ələtdə istehdal olunan məhsulların 75 faizindən çoxu ixrac olunacaq

15:20 - 17.06.2026


17 iyun, Fineko/abc.az. Ələt Azad İqtisadi Zonası (AİZ) regional logistika mərkəzi kimi formalaşma mərhələsindədir.

ABC.AZ xəbər verir ki, bu barədə Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda təşkil olunan İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantıları çərçivəsində keçirilən "İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu"nda bildirib.

O qeyd edib ki, istənilən təklif nəzərdən keçirilməyə açıqdır, lakin prioritet istiqamət yüksək əlavə dəyər yaradan və ixraca yönəlmiş istehsal sahələridir:

"İxraca yönəlmiş istehsal dedikdə nəzərdə tutulur ki, Ələt Azad İqtisadi Zonasının ərazisində fəaliyyət göstərən müəssisələr burada hazırladıqları məhsulların minimum 75 %-ini Azərbaycanın sərhədlərindən kənara ixrac etmək öhdəliyini üzərlərinə götürürlər. Bu yanaşmanın başlıca hədəfi Ələt AİZ-in rezidentləri ilə ölkənin əsas iqtisadi mühitində çalışan müəssisələr arasında qeyri-bərabər rəqabət mühitinin yaranmasının qarşısını almaqdır. Təcrübə sübut edir ki, Ələt Azad İqtisadi Zonasının müvəffəqiyyəti onun regiondakı digər azad iqtisadi zonalar və daha geniş coğrafiyada fəaliyyət göstərən oxşar zonalarla müqayisədə daha cazibədar olmasından birbaşa asılıdır.

Məhz buna görə beynəlxalq standartlara uyğun, rəqabətə davamlı və investorlar üçün yüksək cazibədarlığa malik azad iqtisadi zona yaradılması istiqamətində ciddi işlər aparılıb".