10:31 - 17.06.2026
17 iyun, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikasında vergi ödəyicilərinin və kommersiya qurumlarının sayı artıb.
ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 2026-cı il iyunun 1-nə muxtar respublika üzrə uçotda olan vergi ödəyicilərinin sayı 55 678-ə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% çoxdur.
Artım fiziki şəxslər üzrə 7,4%, hüquqi şəxslər və digər təşkilatlar üzrə isə 4,3% təşkil edib.
Eyni zamanda, qeydiyyatda olan kommersiya qurumlarının sayı illik müqayisədə 13,8% artaraq 1 883-ə yüksəlib. 2026-cı ildə qeydiyyata alınan kommersiya qurumlarının 85,6%-i elektron, 14,4%-i isə kağız daşıyıcı vasitəsilə qeydiyyatdan keçib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin iyunun 1-nə Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 21 083, aktiv ƏDV ödəyicilərinin sayı 575, aktiv təsərrüfat subyektlərinin sayı isə 6 060 olub. Bu göstəricilər müvafiq olaraq 15,5%, 13,6% və 6,1% artım nümayiş etdirmişdi.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026