14:08 - 16.06.2026
16 iyun, Fineko/abc.az. 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda dəmir yolu ilə 2.57 milyon sərnişin daşınıb.
ABC.AZ-ın məlumatına əsasən, yanvar-mart aylarında dəmir yolu nəqliyyatı ilə 2 milyon 568.7 min sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23.8% çoxdur.
Daşınan sərnişinlərin hamısı daxili marşrutların payına düşüb.
Şəhərətrafı daşımalar daha sürətli artıb. Bu seqmentdə sərnişin sayı 2 milyon 425.6 min nəfərə çataraq illik müqayisədə 24.4% artıb. Daxili reyslər üzrə (şəhərətrafı daşımalar üzrə xaric) sərnişin sayı 124.1 mindən 143.1 minə yüksəlib (+15.3%). Lakin onlardan gəlir 2.29 mln. manatdan 800 min manata düşüb (-65.1%).
Bu arada bir maraqlı faktı deyək ki, may aynın sonunda etibarən Azərbaycandan ilk dəfə qatarla xarici marşurutlar bərpa edilib. Bu Bakı-Tbilisi-Bakı reysidir.
Bununla yanaşı, sərnişin daşımalarından əldə olunan gəlir azalıb. Hesabat dövründə dəmir yolu ilə sərnişin daşınmasından 2.5 mln. manat gəlir əldə olunub ki, bu da 2025-ci ilin ilk rübü ilə müqayisədə 32.5% azdır.
Əksinə, şəhərətrafı daşımalar üzrə gəlir 1.7 mln. manata yüksələrək illik müqayisədə 20.2% artım göstərib.
©Banker.az
16 İyun 2026
16 İyun 2026
15 İyun 2026