09:40 - 10.09.2026
10 Sentyabr, Fineko/abc.az. Qızılın qiyməti dolların zəifləməsi fonunda artaraq unsiyası üçün 4 412.84 dollara çatıb (spot qiymət +0,3%). ABŞ-ın dekabr fyuçersləri isə 0,1% geriləyərək 4 457.10 dollar təşkil edib. Bazarlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz siyasətinə təsir göstərəcək istehsalçı (ÜFE) və istehlakçı inflyasiya göstəricilərini gözləyir.
Təhlilçilər qeyd edir ki, qızıl ABŞ-ın dövlət borcunun rekord 40 trilyon dolları keçməsi və dolların zəifləməsindən dəstək alır. FED-in 15-16 sentyabr iclasında faizləri sabit saxlayacağı gözlənilsə də, CME FedWatch bazarda 60% faiz artımı ehtimalının göstərir.
Digər qiymətli metallardan gümüş 67.42 dollara, paladium 1 355.50 dollara yüksəlib, platin isə 1 885.02 dollara geriləyib.
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026