11:16 - 16.06.2026
16 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Bakıda IsDB Qrupun 2026-cı İllik Toplantısı keçirilir.
ABC.AZ-ın məlumatına görə, İslam İnkişaf Bankının (IsDB) Şimali Afrika və Mərkəzi Asiya üzrə Regional Meneceri - departament rəhbəri İdrissa Dia bildirib ki, üzv ölkələr üzrə mənzərə fərqlidir:
"Ərəb ölkələrində gənclər arasında işsizlik səviyyəsi 28 %-ə çatır ki, bu da dünyada ən yüksək göstəricidir. Cənubi Asiyada hər dörd gəncdən biri təhsildən və əmək bazarından kənarda qalıb, bu vəziyyətdən isə xüsusilə gənc qadınlar əziyyət çəkirlər. Sub-Sahara Afrikasında gənclərin 3/4-ü qeyri-sabit iş yerlərində çalışır. Proqnozlara görə, 2050-ci ilə qədər dünyadakı hər 3 gəncdən biri afrikalı olacaq. Bu, gələcəkdə hökumətlərin və beynəlxalq ictimaiyyətin qarşılaşacağı çağırışların miqyasını aydın şəkildə göstərir. Mərkəzi Asiya və Qafqazda gənclər arasında işsizlik səviyyəsi təxminən 14 % təşkil edir. Şərqi Avropanın bəzi bölgələrində isə hər dörd gəncdən yalnız biri məşğulluq imkanına malikdir. Bunlar problemin nə qədər böyük olduğunu göstərir".