18:49 - 12.06.2026
12 iyun, Fineko/abc.az. Ötən il Azərbaycan Mərkəzi Bankının (AMB) cəmi gəlirləri 1 milyard 59.6 milyon manat, bütövlükdə xərcləri isə 334.8 milyon manat təşkil edib.
ABC.AZ rəsmi hesabata istinadən baş bankın daxili maliyyə arxitekturasını təqdim edir:
Gəlirlərin əsas mənbələri:
Xarici aktivlər: Valyuta aktivlərinin idarə edilməsi (faiz, yenidən qiymətləndirmə və konvertasiya) – 863.8 milyon manat;
Daxili bazar qiymətli kağızları: Faiz gəlirləri – 69.5 milyon manat;
Xidmət haqqı və digər: Müştərilərə göstərilən xidmətlər – 18.5 milyon manat; xatirə pul nişanlarının satışı və s. – 14.5 milyon manat; valyuta mövqeyinin yenidən qiymətləndirilməsi – 63.4 milyon manat.
Xərclərin strukturu (Cəmi: 334.8 mln manat):
Əməliyyat (sterilizasiya) xərcləri (211.6 mln manat): Bazarın likvidliyinin tənzimlənməsi (sterilizasiya) üçün cəlb edilmiş depozitlərə görə banklara 114.9 milyon manat, AMB notları üzrə 27.8 milyon manat, repo əməliyyatlarına görə isə 13.7 milyon manat faiz ödənilib. Pul nişanlarının hazırlanması və nəqlinə 14.7 milyon manat xərclənib.
İnzibati xərclər (123.2 mln manat): Bu hissədə əsas yükü işçilərin əmək haqqı və DSMF ayırmaları (65.2 milyon manat) və server/proqram təminatı, binaların mühafizəsi kimi digər xidmətlər (29.2 milyon manat) təşkil edib.
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026