280 milyon dollar nizamnamə kapitalı olan şirkətin "maya"sı azaldılır

15:51 - 12.06.2026


12 iyun, Fineko/abc.az. “Milla Dairy” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının azaltdığını elan edir.

ABC.AZ xəbər verir ki, məbləğin nə qədər azaldılması açıqlanmır. Kreditorlar 1 ay müddətində AZ0115, Abşeron rayonu, Hökməli ştq., Bakı-Şamaxı şossesi, ev 15-ci km ünvanına müraciət edə bilərlər.

Xatırladaq ki, “Milla Dairy” MMC 2006-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı “Milla Dairy” 280 450 355 manatdır və qanuni təmsilçisi Azər Vahabzadədir.