14:12 - 12.06.2026
12 iyun, Fineko/abc.az. Azərbaycanda dövlət büdcəsi ilə bağlı hesabatlılığınn təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, ötən ildən ölkəmizdə dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində genişmiqyaslı islahatlara başlanılıb.
"Bu islahatlar rəqəmsal dövlət maliyyəsi informasiya sisteminin formalaşdırılmasını, maliyyə vəsaitlərinin idarə olunmasında daha səmərəli icra və nəzarət mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Dövlət maliyyə sistemində aparılan islahatlar və effektiv büdcə nəzarətinin gücləndirilməsi ümumdövlət siyasətinin mühüm tərkib hissəsidir və möhtərəm cənab Prezidentin siyasi iradəsinə əsaslanır. Müasir dövrdə dövlət maliyyəsinin səmərəli idarə olunması artıq təkcə maliyyə məsələsi deyil, həm də milli təhlükəsizlik, iqtisadi suverenlik, sosial rifah və dövlətin dayanıqlı inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Şübhəsiz ki, dövlət maliyyəsinin idarə edilməsi sahəsində həyata keçirilən islahatlar parlament müstəvisində büdcə hesabatlılığının və şəffaflığının daha da təkmilləşdirilməsinə mühüm töhfə verəcək", - deyə o qeyd edib.
"Ötən il dövlət büdcəsi qlobal qeyri-müəyyənliklərə baxmayaraq makroiqtisadi sabitlik şəraitində icra olunub, onu ölkəmiznin iqtisadi inkişafına, əhalinin sosial rifahının yüksəldilməsinə və milli maraqların təmin olunmasına xidmət edən mühüm maliyyə sənədi kimi səciyyələndirmək olar. Büdcə qarşıya qoyulan vəzifələrin və strateji təşəbbüslərin reallaşdırılması, dövlətin əsas funksiyalarının fasiləsiz və səmərəli icrası üçün etibarlı maliyyə bazası formalaşdırılıb. Qlobal iqtisadi və geosiyasi qeyri-müəyyənliklərin davam etdiyi şəraitdə dövlət büdcəsinin makroiqtisadi sabitlik fonunda icra olunması ötən ilin büdcəsinin əsas xüsusiyyətlərindən biri kimi diqqət çəkir", - deyə deputat əlavə edib.
12 İyun 2026
12 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026