11:08 - 12.06.2026
12 iyun, Fineko/abc.az. Ötən il Azərbaycanda fəaliyyət göstərən bankların bəziləri filiallarının sayının artırıb, bəziləri fəaliyyətdə olan filialları bağlayıb. Bir çox bankda isə filial sayı dəyişməyib.
ABC.AZ xəbər verir ki, ölkənin aparıcı banklarından olan və ölkədə ən geniş filial şəbəkələrinə sahib olan banklardan biri – “ABB Bank”ın ötən il filiallarının sayı 4 vahid artaraq 77-ə çatdıb.
“Bank Respublika” da filiallarının sayını 39-a çatdırıb ki, bu, 2024-cü ildəki filialların sayından 4 vahid çoxdur.
“Accesbank” və “Rabitəbank”ın filiallarının sayı 3 vahid artaraq müvafiq olaraq 39-a və 30-a çatıb. “Unibank”ın filiallarının sayı 3, “Yelo Bank” və “Azər-Türk” bankın filiallarının sayı 2025-ci ildə 2 vahid artaraq uyğun olaraq 33, 22 və 16-a bərabər olub. “AFB Bank” isə ötən il filalarının sayının 7-ə çatdırıb. Bu, 2024-cü ildəki filialların sayından 1 vahid çoxdur.
2025-ci ildə filiallarının sayı azalan yeganə bank – “Kapital Bank” olub. Bankın filial sayı 2024-cü ildəki 118-dən 115-ə düşüb.
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026