22:30 - 11.06.2026
11 iyun, Fineko/abc.az. Türkiyə Cümhuriyyət Mərkəzi Bankının (TCMB) ümumi (brüt) rezervlərində son həftələrdə müşahidə olunan azalma tendensiyası başa çatıb və ehtiyatlarda yenidən artım qeydə alınıb.
ABC.AZ rəsmi göstəricilərə istinadən xəbər verir ki, 5 iyun həftəsində Mərkəzi Bankın ümumi rezervləri 159,4 milyard dollara yüksəlib. Ötən hesabat həftəsində bu göstərici 159,2 milyard dollar səviyyəsində idi.
Rezervlərin strukturundakı əsas dəyişikliklər:
Xalis rezervlər: Eyni hesabat dövründə TCMB-nin xalis rezervləri 45,8 milyard dollardan 46,8 milyard dollara çatıb.
Swap hariç xalis rezervlər: Ən sürətli bərpa məhz bu göstəricidə qeydə alınıb. Belə ki, kommersiya bankları ilə edilən sval (swap) əməliyyatları çıxılmaqla hesablanan xalis rezervlər cəmi bir həftədə 26,6 milyard dollardan 29,4 milyard dollara qədər kəskin yüksəlib.
10 İyun 2026
10 İyun 2026