İran Hürmüz boğazını bütün gəmilər üçün bağladı – İki gəmi vurulub

10:50 - 11.06.2026


11 iyun, Fineko/abc.az. Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatıb. İran Silahlı Qüvvələrinin hərbi əməliyyatları idarə edən "Xatəm əl-Ənbiyə" qərargahı ABŞ-ın zərbələrinə cavab olaraq Hürmüz boğazının tamamilə bağlandığını elan edib.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, qərargahın yaydığı rəsmi bəyanatda regiondakı təhlükəsizlik böhranı səbəbindən strateji dəniz dəhlizinin neft tankerləri və ticarət gəmiləri də daxil olmaqla, bütün növ gəmilərin keçidi üçün qapadıldığı bildirilib. Bəyanatda hər hansı keçid cəhdinə dərhal hərbi müdaxilə ediləcəyi vurğulanıb.

İki gəmi vurulub: Rəsmi xəbərdarlıqdan dərhal sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hürmüz boğazından icazəsiz keçməyə cəhd edən iki mülki gəmiyə zərbə endirildiyini və onların vurulduğunu açıqlayıb.

ABŞ-ın cavab zərbələri: Xatırladaq ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Prezident Donald Trampın göstərişi ilə İrandakı çoxsaylı hərbi hədəflərə qarşı "özünümüdafiə" məqsədli hava zərbələri endirdiyini bəyan etmişdi. İranın cənub bölgələri ABŞ ordusunun intensiv hücumlarına məruz qalıb.