10:39 - 11.06.2026
11 iyun, Fineko/abc.az. “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Qubadlı şəhərinin 2-ci yaşayış məhəlləsi layihəsinin optimallaşdırılması üçün layihələndirmə xidmətlərinin satın alınmasını həyata keçirib.
ABC.AZ xəbər verir ki, müvafiq işlərin görülməsi “TK Project” MMC-yə həvalə olunub.
Bağlanmış müqavilənin dəyəri 230 min 100 manat təşkil edir. Layihə çərçivəsində Qubadlı şəhərinin 2-ci yaşayış məhəlləsi üzrə mövcud layihə həllərinin optimallaşdırılması və layihələndirmə işlərinin aparılması nəzərdə tutulur.
20 İyun 2026
20 İyun 2026