Azərbaycan nefti bahalaşıb, 96 dollara satılır

10:19 - 11.06.2026


11 iyun Fineko/abc.az.  Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb. 

ABC.AZ-ın məlumatına görə, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,09  dollar və ya 1,14 % arataraq 96,36 dollara bərabər olub. 

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.