14:39 - 10.06.2026
10 iyun, Fineko/abc.az. Dövlət Statistika Komitəsi (DSK) cari ilin yanvar-may ayları üzrə ölkədəki inflyasiya göstəricilərini açıqlayıb.
ABC.AZ rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri indeksi (inflyasiya) ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.6% artıb.
Hesabatda qeyd olunur ki, ölkədə qiymət artımının tempi sabit qalıb. Belə ki, ilin ilk dörd ayının (yanvar-aprel) yekununda da istehlak qiymətləri indeksi eyni səviyyədə — 5.6% olaraq qeydə alınmışdı.
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
8 İyun 2026