15:58 - 9.06.2026
9 iyun, Fineko/abc.az. Çin may ayında alüminium ixracını 16% artıraraq 630 min tona çatdırıb və bununla da Yaxın Şərqdən tədarükdəki fasilələr səbəbindən yaranan qlobal çatışmazlığın qismən kompensasiyasına töhfə verib.
ABC.AZ xəbər verir ki, eyni zamanda neft idxalı kəskin azalaraq səkkiz ilin minimumuna düşüb. Bu, Fars körfəzindən tədarükün azalması ilə əlaqələndirilir.
Həmçinin zəif tələb və logistika məhdudiyyətləri fonunda neft məhsulları, kömür, gübrələr və polad ixracında azalma qeydə alınıb.
Bununla yanaşı, mis idxalı artıb, dəmir filizi və soya idxalı isə ABŞ ilə ticarətin qismən bərpası sayəsində daha yumşaq azalma göstərib.