“ASAN xidmət” Gürcüstanda vətəndaşların işini asanlaşdırmağa getdi

10:23 - 8.06.2026


8 iyun, Fineko/abc.az. 5, 6 və 7 iyun 2026-cı il tarixlərində Gürcüstanın Tbilisi şəhərində,  ölkəmizin Gürcüstandakı səfirliyində Azərbaycan vətəndaşlarına dövlət xidmətlərinin çatdırılması üçün səyyar “ASAN xidmət” avtobusu vasitəsilə xidmət göstərilib.

ABC.AZ xəbər verir ki, xüsusi avadanlıqlarla təchiz olunmuş səyyar avtobusda vətəndaşlar şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi  xidmətlərindən yararlanıblar.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin isə dəstəyi ilə təşkil olunub.

Bu çərçivədə 500-ə yaxın vətəndaşın işi asanlaşıb. Səyyar “ASAN xidmət”in gələcəkdə digər ölkələrdə də keçirilməsi nəzərdə tutulub.