21:00 - 5.06.2026
5 iyun, Fineko/abc.az. Hindistan iqtisadiyyatı 2026-cı maliyyə ilinin IV rübündə (yanvar–mart) 7,8% artıb.
ABC.AZ xəbər verir ki, analitiklərin konsensus proqnozu isə yanvar–mart dövründə ÜDM-in 7,2% artacağını gözləyirdi.
Ötən rübün birinci yarısında Hindistanın iqtisadi perspektivləri kəskin şəkildə yaxşılaşıb. Buna ölkənin Avropa İttifaqı ilə saziş imzalaması və ABŞ-dan idxal tariflərinin 50%-dən 18%-ə endirilməsinə nail olması səbəb olub. ABŞ Ali Məhkəməsinin prezident Donald Tramp tərəfindən tətbiq edilən rüsumları qanunsuz elan etməsindən sonra isə bu tariflər əlavə olaraq 10%-ə qədər azaldılıb.
5 İyun 2026
4 İyun 2026
5 İyun 2026