19:57 - 5.06.2026
5 iyun, Fineko/abc.az. İranın zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması məsələsi hazırda ABŞ ilə aparılan danışıqlar çərçivəsində müzakirə olunmur.
ABC.AZ xəbər verir ki, bu barədə İranın Fars agentliyi danışıqlar prosesinə yaxın mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, “uran ehtiyatlarının ötürülməsi məsələsi hazırkı mərhələdə danışıqların gündəliyində deyil”. O bildirib ki, “ilk növbədə ABŞ tərəfi bəzi fundamental məsələlər üzrə aydın və yekun razılaşmaların əldə olunmasına yönəlmiş konkret və qəti addımlar atmalıdır”.
Bununla yanaşı, mənbə Al Hadath telekanalının İranın uran ehtiyatlarının bir hissəsini üçüncü ölkəyə verməyə razılaşması ilə bağlı yaydığı məlumatı təkzib edərək, bu xəbərləri “yanlış” adlandırıb.
5 İyun 2026
4 İyun 2026
4 İyun 2026
5 İyun 2026