15:47 - 3.06.2026
3 iyun, Fineko/abc.az. SpaceX şirkəti iyunun 12-də Nasdaq birjasına SPCX tikerı ilə daxil olmağı planlaşdırır. Şirkət hər səhmini 135 dollardan satmaqla rekord məbləğdə — 75 milyard dollar cəlb etməyi və 1,75 trilyon dollar dəyərində qiymətləndirilməyə nail olmağı hədəfləyir.
ABC.AZ xəbər verir ki, cəlb olunan vəsait peyk şəbəkəsinin və süni intellekt resurslarının inkişafına yönəldiləcək. Lakin Morningstar analitikləri bu rəqəmi şişirdilmiş hesab edərək, şirkətin dəyərini 780 milyard dollar səviyyəsində qiymətləndirirlər.
3 İyun 2026
3 İyun 2026