12:03 - 1.06.2026
1 iyun, Fineko/abc.az. Ermənistan balanslaşdırma siyasətinə nail olmaq üçün Türkiyə və Azərbaycanla münasibətlərin qurulması üzərində işləyəcək.
ABC.AZ xəbər verir ki, bu barədə respublikanın Baş naziri Nikol Paşinyan bildirib.
Sosial şəbəkələrdə canlı yayım zamanı hökumət başçısı xarici siyasət mövzusunda çıxış edib. Ermənistanın Baş nazirinin qarşısındakı masada altı kasalı tərəzi var idi. "Bu gün biz Türkiyə və Azərbaycanla münasibətlərin qurulması məqsədilə ciddi işləyirik. Əminəm ki, biz bu məqsədə çatacağıq. Bu o deməkdir ki, balanslaşdırılmış xarici siyasət Ermənistan üçün yeni imkanların yaradılması başqa səviyyəli dövlətin yaradılması deməkdir", - Paşinyan deyib.
Ümumi sərhədə baxmayaraq, Ermənistan və Türkiyənin diplomatik əlaqələri yoxdur və sərhəd 1993-cü ildən bağlanıb. İndi tərəflər normallaşma prosesini aparır və diplomatik pasportları olan üçüncü ölkələrin vətəndaşları üçün sərhədin açılması barədə razılığa gəliblər.
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
8 İyun 2026