16:22 - 26.05.2026
26 may, Fineko/abc.az. Azərbaycanın özəl nəşriyyatı - "Şərq-Qərb" ASC 2025-ci ili 676 min manat xalis mənfəətlə başa vurub.
ABC.AZ səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 20% azdır.
Ötən il "Şərq-Qərb"in vergiyəqədərki mənfəəti 846 min manat (əvvəlki ilə nisbətən 19,9 % az), mənfəət vergisi ödəmələri isə 171 min manat (19 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Şərq-Qərb"aktivləri 10,01 milyon manat olub ki, bu da, illik müqayisədə 5,8 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 44 % azalaraq 164 min manata, balans kapitalı isə 7,4 % artaraq 9,846 milyon manata çatıb.
11 İyun 2026
11 İyun 2026
11 İyun 2026