Azərbaycan və Rusiya beynəlxalq rouminq qiymətlərinin endirilməsi imkanlarını müzakirə etdilər

13:10 - 27.11.2018


27 noyabr, Fineko/abc.az. Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar naziri Konstantin Noskov Azərbaycanın Nəqliyyat, Rabitə Və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə işgüzar görüş keçirib.

Rusiyanın Nazirliyindən bildirilib ki, nazirlər informasiya-kommunikasiya texnologiyaları sahəsində (İKT) Rusiya-Azərbaycan əməkdaşlığını, poçt və elektrik rabitə sahəsində əməkdaşlığı müzakirə ediblər.

Danışıqlar çərçivəsində Konstantin Noskov və Ramin Quluzadə ölkələr arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə tərəflər həmçinin beynəlxalq rouminq qiymətlərinin mümkün azaldılması, “Rusiya Poçtu” MMC Federal Dövlət Unitar Müəssisəsi  ilə “Azərpoçt” MMC arasında beynəlxalq poçt rabitəsi sahəsində əməkdaşlıq haqqında saziş bağlanılması,   IT təhsil, "ağıllı" şəhərlərin inkişafı, mobil rabitə keyfiyyətinə nəzarət məsələlərinə toxunub. Rusiya tərəfi radio tezlik spektrinin istifadəsinə görə ödənişin tutulması qaydası,  2014-ci ildən Rusiyada rəqəmsal bərabərsizliyin aradan qaldırılması proqramı çərçivəsində RF-da  həyata keçirilən universal  rabitə xidmətinin islahatı haqqında danışdı”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, Azərbaycan tərəfi ikitərəfli sahələr üzrə əməkdaşlığın inkişafında, o cümlədən, Rusiya şirkətləri ilə əməkdaşlıqda  maraqlıdır və 2018-ci ilin dekabrında Bakıda keçiriləcək  “Telekommunikasiyalar, innovasiyalar və yüksək texnologiyalar”  adlı 24-cü Azərbaycan Beynəlxalq Sərgi və Konfransında  (“Bakutel-2018”) iştirak etmək üçün rəsmi dəvətnamə təqdim edib.

Görüşdə  Rusiyanın Rabitə və Kütləvi İnformasiya Nazirliyinin müavinləri Oleq Voytenko və Oleq İvanov,  Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Federal Rabitə Agentliyinin, “Roskomnadzor”un, "Radio" Elmi-tədqiqat institutunun, hökumət agentliyi "MosTransProyekt",  dövlər müəssisəsinin nümayəndələri, “Baş Radio Tezlik Mərkəzi” Federal Dövlət Unitar Müəssisəsi,  “Rusiya Poçtu” MMC Federal Dövlət Unitar Müəssisəsi, Moskva Rabitə və İnformasiya Texnologiyaları Universiteti, “Skolkovo” Fondu,  “Qruppa AyBi”, “DMTEL-Service”, “Inoventika Technologies”, “Meqafon”, “Polymedia”,  “Smart-Soft”,  “TransTeleKom”  nümayəndələri  iştirak edərək, öz  perspektivli layihələri və proqramları haqqında danışdılar.