Azərbaycanda bu sektorda çalışanlar 5 min manatdan yuxarı maaş alır

10:27 - 20.05.2026


20 may, Fineko/abc.az. 2026-cı ilin yanvar-mart aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 6.2 faiz artaraq 1151.5 manat təşkil edib.

ABC.AZ xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 4791.9 manat, qeyri neft-qaz sektorunda 1085.8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1126.1 manat, özəl müəssisələrdə isə 1176.5 manat olub.

Mədənçıxarma sənayesində (4 581 manat) , maliyyə və sığorta fəaliyyəti (2 814,1 manat), informasiya və rabitə (2 197,8 manat), peşə, elmi və texniki fəaliyyət (1 887,1 manat), nəqliyyat və anbar təsərrüfatı (1 559,7 manat) , eləcə də dövlət idarəetməsi və müdafiə; sosial təminat (1 556,7 manat) sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub. Onu da qeyd edək ki, mədənçıxarma sənayesində dövlət sektoru üzrə maaşlar 2 611,5 manat, özəl sektor üzrə isə 5 529,1 manat təşkil edir.

2026-cı ilin yanvar-mart aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı (manat)

İqtisadi fəaliyyət növləri Cəmi Dövlət Qeyri-dövlət
Ölkə üzrə – cəmi 1 151,50 1 126,10 1 176,50
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 720,4 786,7 701,7
Mədənçıxarma sənayesi 4 581,00 2 611,50 5 529,10
Emal sənayesi 1 048,10 1 782,50 933,2
Elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı
1 151,90 1 140,50 1 894,90
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 806,1 781,8 1 306,10
Tikinti 1 262,50 1 408,60 1 221,40
Ticarət; nəqliyyat vasitələrinin təmiri 768,7 1 109,90 764,4
Nəqliyyat və anbar təsərrüfatı 1 559,70 1 678,70 1 383,00
Turistlərin yerləşdirilməsi və ictimai iaşə 801,4 1 747,40 765,3
İnformasiya və rabitə 2 197,80 1 972,30 2 339,50
Maliyyə və sığorta fəaliyyəti 2 814,10 3 707,10 2 611,30
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 1 095,60 894,3 1 142,20
Peşə, elmi və texniki fəaliyyət 1 887,10 1 435,80 2 269,40
İnzibati və yardımçı xidmətlərin göstərilməsi 793,9 718,1 891,2
Dövlət idarəetməsi və müdafiə; sosial təminat 1 556,70 1 592,70 686,6
Təhsil 824,6 816 957
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 957,3 1 005,20 771,5
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 882,8 838,6 1 242,60
Digər sahələrdə xidmətlərin göstərilməsi 1 434,50 1 922,90 1 301,40