Xpeng robotaksilərin seriyalı istehsalına başlayır və 2027-ci ilə qədər pilotsuz rejimə keçməyi hədəfləyir

17:16 - 18.05.2026


18 may, Fineko/abc.az. Çin elektromobil istehsalçısı Xpeng Quanqcou şəhərində ilk robotaksisinin seriyalı istehsalına başladığını elan edib.

ABC.AZ xəbər verir ki, bu barədə şirkət 2027-ci ilin əvvəlinədək tam pilotsuz idarəetməyə keçməyi planlaşdırır.

Tesla-nın rəqibi olan şirkət, dünyanın ən böyük avtomobil bazarında rəqabətin güclənməsi fonunda pilotsuz avtomobillərə və humanoid robot texnologiyalarına keçidi sürətləndirir.

Xpeng-in GX platforması əsasında yaradılmış yeni robotaksi, tamamilə öz texnologiyaları ilə hazırlanmış və Çində seriyalı istehsala hazır ilk robotaksi modeli hesab olunur.

Şirkət robotaksilərin pilot istismarına ilin ikinci yarısında başlamağı planlaşdırır. Növbəti 12–18 ay ərzində yüzlərlə, hətta minlərlə robotaksi istehsal edə bilər.