15:37 - 18.05.2026
18 may, Fineko/abc.az. Mingəçevir Sənaye Parkında 2026-cı ilin birinci rübündə istehsal 77 faizdən, ixrac isə 78 faizdən çox artıb.
ABC.AZ xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Mingəçevir Sənaye Parkında 2026-cı ilin birinci rübündə 19,3 milyon manatlıq məhsul istehsal edilib.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 77 faizdən çoxdur. Sənaye Parkında ötən ilin birinci rübündə 7,4 milyon manatlıq məhsul ixracı həyata keçirilmişdisə, bu ilin müvafiq dövründə bu göstərici 78 faizdən çox artaraq 13,2 milyon manata çatıb.
Sənaye Parkında görülən işlərə ümumilikdə 159 milyon manat investisiya yatırılıb, 550 nəfər daimi işlə təmin edilib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026